Dövlət Katibi: "ABŞ Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir"

 20:32 27.05.2019     261

"Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir". Redaktor.az-ın məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeonun 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində deyilir. 

"Qarşılıqlı ticarətin artırılması, demokratik və iqtisadi inkişafın daha da gücləndirilməsi, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi naminə əməkdaşlığımızın qarşıdakı ildə genişlənəcəyinə ümidvarıq. Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq".