Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib

 22:06 27.05.2019     253

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Redaktor.az-ın xəbərinə görə, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə öz təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım".