Bakı-Qazax yolunda dəhşətli hadisə - Avtomobil 47 yaşlı kişini vurub öldürdü

 22:38 27.05.2019     273

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlunu naməlum avtomobil vuraraq qaçıb.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.