Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı

 21:58 27.05.2019     763

Sabah Ramazan ayının 23-cü günüdür.

Redaktor.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 28-də Bakıda imsak saat 03:28, iftar isə saat 20:17-dədir.

Ramazan ayının 23-cü gününün duası:

"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".

Tərcüməsi:

"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"

Allah orucunuzu qəbul etsin!

2