63 yaşlı qadını maşın vurub - Bakıda

 07:40 28.05.2019     356

Minik avtomobili piyada, 1956-cı il təvəllüdlü Quliyeva Afət Əşrəf qızını vurub. 

Redaktor.az ONA-ya istinadən bildirir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib. 

Müxtəlif dərəcəli bədən xasərətləri alan yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən