Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib
Göygöl rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az ona.az-ın yerli bürosuna istinadən xəbər verir ki, rayonun Qızılca kəndi ərazisində "VAZ-21011" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ-2106"-da olan qadın sərnişin dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.












