Şabranda itkin düşən məktəbli tapılıb

 16:00 28.05.2019     373

Ötən gün itkin düşən Şabran rayonunun Dağbilici kənd sakini, 2007-ci il təvəllüdlü Dürdanə Balaşah qızı Daşdıyeva tapılıb.

Redaktor.az ONA-nın şimal bürosuna istinadən xəbər verir ki, onunla birlikdə evdən çıxaraq geri qayıtmayan azyaşlının baldızı 22 yaşlı Çinarə Daşdıyevanın da olduğu yer müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən