“Azərişıq”: Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub

 16:49 28.05.2019     398

Gədəbəy rayonunda güclü leysan yağış rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. 

Redaktor.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a bildirib ki, təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradır:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.

Vumart və Güvən reklamı Vumart Güvən