Sumqayıtın alternativ dördüncü çıxış yolu təmir edilib - FOTO

 21:07 28.05.2019     355

Sumqayıtın alternativ yolu və sənaye girişi kimi tanınan keçmiş Metallurq, indiki Yəhya Məmmədov küçəsi tam yenidən qurulub. 

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.

Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən