Biləcəridə avtobus velosipedçini vurub, vəziyyəti ağırdır

 00:46 29.05.2019     370

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az Ona-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 21 yaşlı Mirsamir Əsədullayev velosiped sürərkən onu 95 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub. Ağır açıq kəllə-beyin travması alan M.Əsədullayev xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Qəza ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən