Gəncədə 17 yaşlı gənci avtomaşın vurub

 01:46 29.05.2019     429

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bağman məhəlləsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Nadir Məmmədovu "VAZ 2107" markalı avtomobil vurub. Yeniyetmə sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən