Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

 06:34 29.05.2019     427

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhər Şıxali Qurbanov küçəsində qeydə alınıb. Avtomobil şəxsiyyəti hələ məlum olmayan piyadanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən sürücünün kimliyi hələ ki, məlum deyil. Onun hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən