Müğənnisi də, alimi də eynidir: "Bizim məhəllə"dən kənara boylanmayanlar...

 22:44 29.05.2019     546

"Erməninin adına formada paytaxtımızda gəzinti son yüz ilin laqeydliyi sayəsində buraxılan boşluqların adi nəticəsidir".

Redaktor.az bildirir ki, millət vəkili Fazil Mustafa ingilis futbol azarkeşlərindən Mxitaryan forması ilə küçələrdə dolaşanlara münasibət bildirib.

Millət vəkili qeyd edib ki, bu, azərbaycanlılarda qıcıq yaratmaq üçün təşkil olunmuş bir işdir:

"Ancaq mənim soyuqqanlılığım burada da işə yaradı. "Arsenal"lıların bu fotolarına baxıb düşündüm: Ortabab bir futbolçuya bu qədər dəyər vermək ingilislərin nəyinə lazımdır? Sadəcə qıcıq doğuran başqa məsələ oldu. Niyə uzun illərdir bir ortabab futbolçumuz özü yetişmədi və ya yetişdirmədik? Yaxud yetişməyə qoymadıq ki, bir azərbaycanlı futbolçuya görə əcnəbilər bu cür qədirşünaslıq etsinlər?! Alimi də, müğənnisi də, iş adamı da, din xadimi də, hətta modelyeri də eynidir. Aralarında "Bizim məhəllə"'dən kənara boylanmaq barədə düşünən kimsəni tapmaq çox çətindir. Ona görə də qıcıqlanmağa dəyməz".

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən