«Odlar Yurdu» Universitetindən diplomların Türkiyədə tanınması ilə bağlı - AÇIQLAMA

 23:01 29.05.2019     468

"Odlar Yurdu" Universiteti diplomlarının Türkiyədə tanınmayacağı ilə bağlı məlumatları təkzib edib.

Redaktor.az bildirir ki, FED.az-a universitetdən verilən məlumata görə, bu cür məlumatlar tələbə qəbulu öncəsi məqsədyönlü qarayaxma kampaniyası kimi qiymətləndirilir:

Açıqlamada deyilir ki, Odlar Yurdu Universitetinin bu gün dayanıqlı bir təhsil müəssisəsi olması, eləcə də cəmiyyətdə, ictimaiyyətdə böyük nüfuza malik olması bəzi insanlar tərəfindən qəbul edilmir: "Düşünürük ki, xalqımız nəyin necə və kimin kim olduğunu çox gözəl anlayır və başa düşür ki, formalaşdırılmağa çalışılan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq, son illərdə qazandığımız uğurları, həmçinin universitetimizin nüfuzunu azaltmaq məqsədi daşıyır. Xatırladaq ki, Odlar Yurdu Universiteti YÖK tərəfindən tanınan ilk və yeganə özəl universitetdir",-deyə açıqlamada bildirilir.

Universitetin açıqlamasında qeyd edilir ki, bu cəhdlər heç bir nəticə verməyəcək:

"Həqiqətləri hamı bilir, lazım gəlsə ictimaiyyətə çatdırmaq üçün də kifayət qədər imkanlarımız vardır. Məlumatların hansı mənbə tərəfindən işıqlandırılması hal-hazırda universitet rəhbərliyi tərəfindən araşdırılır. Zərurət yaranacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".

Vumart və Güvən reklamı Vumart Güvən