Son 10 il ərzində Azərbaycanda 39 yeni su mənbəyi yaradılıb

 12:13 30.05.2019     262

Son 10 il ərzində Azərbaycanda 39 yeni su mənbəyi yaradılıb.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Elkin Rüstəmov deyib.

Onun sözlərinə görə, həmin mənbələrdən saniyədə 18,6 kubmetr su götürülür: "Əhaliyə verilən içməli suyun keyfiyyətinə nəzarət etmək üçün paytaxt Bakıda və regionlarda 9 laboratoriya yaradılıb. Həmin laboratoriyalar vasitəsilə içməli suyun keyfiyyətinə nəzarət edilir".

Vumart və Güvən reklamı Vumart Güvən