Təhsil Nazirliyi Türkiyənin Azərbaycanın 3 universitetinin diplomlarını tanımayacağına dair xəbərlərə münasibət bildirib
Təhsil Nazirliyi Türkiyənin Yüksək Öyrətim Kurulunun Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Texnologiya Universitetinin diplomlarını tanımayacağı barədə məlumatlara münasibət bildirib.
Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, Türkiyə tərəfindən bu məsələ ilə bağlı onlara hər hansı rəsmi müraciət daxil olmayıb.
"Əgər bu məsələ ilə bağlı bizə rəsmi bir müraciət daxil olarsa, bu məsələni araşdıracağıq" - deyə N. Məmmədli qeyd edib.












