Avroliqanın finalı ilə bağlı təcili yardıma 47 çağırış daxil olub

 12:06 30.05.2019     249

Səhiyyə Nazirliyi Bakıda Avropa Liqasının finalı ilə bağlı Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan şikayətlərin yekun sayını açıqlayıb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, ümumilikdə təcili yardıma 47 müraciət qeydə alınıb. Onlardan 19- xarici ölkə, 28 nəfər Azərbaycan vətəndaşıdır: “3 nəfər hospitalizasiya edilib. Artıq onlar evlərinə buraxılıblar. Həmin şəxslərdən 2-si xarici, biri yerli sakin olub. Ümumilikdə müraciət edənlər əsasən baş ağrısı, alkoqol intoksikasiyası, təzyiq, travma (yıxılıb xəsarət alanlar), mədə ağrılarından şikayət ediblər”.

Vumart və Güvən reklamı Vumart Güvən