Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yeni saziş təsdiq olunub

 12:55 30.05.2019     394

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yeni saziş təsdiq olunub.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən plenar icalsında "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, bu saziş iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhvə verəcək.

Müzakirələrdən sonra saziş səsverməyə çıxarılıb və təsdiq olunub.

Vumart və Güvən reklamı Vumart Güvən