Azərbaycanda dərsliklərlə bağlı yeni qaydalar hazırlanır
"Dərsliklərdə yer alacaq faktlar mötəbər mənbələrdən əldə edilməli, dərsliklər tərtib edilərkən şagirdlərin yaş səviyyəsi nəzərə alınmalıdır".
Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib.
İ.İsayev qeyd edib ki, dərsliklər tərtib edilərkən milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlərə yer verilməməlidir: "Bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq qaydalar hazırlanır".












