Yeni dərs ilində 322 adda dərslik və metodik vəsait çap olunacaq

 18:15 30.05.2019     418

"2019/2020-ci tədris ili üçün 322 adda dərslik və metodik vəsaitin çapı planlaşdırılır".

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, bunu Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva media nümayəndələri üçün keçirilən təlimdə deyib.

O, qeyd edib ki, dərsliklər 4 il müddətində çap olunur: "Gələcəkdə çox istifadə olunan kağız dərsliklərin istifadə müddətinin 1 ilə endirilməsi nəzərdə tutulub".

V. Əliyeva onu da vurğulayıb ki, məktəblərdə istifadə edilən dərsliklər özəl nəşriyyatlar tərəfindən hazırlanır.

Vumart və Güvən reklamı Vumart Güvən