Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanılılıb

 19:23 30.05.2019     446

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Mustafayev mayın 28-də L.İmanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əzimov Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən