Ucarda maşın aşıb, iki nəfər yaralanıb

 19:50 30.05.2019     354

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az ONA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə hələ ki şəxsiyyəti müəyyən olunmamış 2 nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən