Salyanda elektrik enerjisinin verilişi bərpa edildi - Video
Kürdəmir rayonuna güclü yağış yağıb.
Redaktor.az-ın Report-a istinadən məlumatına görə, günorta saatlarında rayonun, əsasən, Axtaçı, Qarabucaq, Qocalı, Carlı, Xəlsə, Mehdili və Dayıkazımlı kəndlərinə leysan yağıb, dolu düşüb.
Təbii hadisə nəticəsində fərdi təsərrüfatlara, o cümlədən meyvə ağaclarına ziyan dəyib.
***
Bu gün axşam saatlarında güclü küləklə müşayiət olunan leysan yağış Salyan rayonunun bir sıra kəndlərində fəsadlar törədib.
Rayonun Bəşirbəyli, Pambıqkənd, Yuxarı Bəşirbəyli, Şatrovka, Qarabağlı, Qaraçala və başqa kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yerli sakinlərin verdiyi məlumata görə, iki saata yaxındır ki, 20-dək kənddə işıqlar yanmır.
***
Salyan rayonunda elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, qurumun əməkdaşları və texnikası hadisə olan yerlərdə olub. Hazırda baş verə biləcək qəzaların qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.












