Bakıda baş vermiş qəzada ər-arvad xəsarət alıb

 05:43 31.05.2019     275

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə Şıxov qəsəbəsində qeydə alınıb.

"Jiquli" ilə "Samand" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər - 1966-cı il təvəllüdlü Hüseynov Fikrət Tanrıverdi oğlu və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Rəhilə Tərlan qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən