Azərbaycanda 36 yeni məktəb istifadəyə veriləcək.
Bu il Azərbaycanda daha 36 məktəb istifadəyə veriləcək. Bununla yanaşı, bu il ərzində ölkədə 50 modul tipli məktəbin də istifadəyə verilməsi nəzərdə tutulub.
Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsinin şöbə müdiri Xəlil Qasımov deyib.
O bildirib ki, son 15 ildə Azərbaycanda 3200 məktəb tikilərək istifadəyə verilib. Bu məktəblərdən 941-nin inşası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib. Həmçinin bu müddət ərzində 535 məktəb yenidən tikilərək istifadəyə verilib".












