Metroda intihara cəhd edən QADIN ÖLMƏYİB - RƏSMİ AÇIQLAMA
Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında ölüm hadisəsinin baş verdiyi ilə bağlı məlumat yayılıb.
Yayılan məlumatla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlama verib.
O, bildirib ki, yayılan məlumat yalan və əsassızdır:
“Metro stansiyasında ölüm hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Sadəcə 09:35 radələrində Bakı şəhər sakini, 54 yaşlı Asya Əmirova intihar məqsədilə ilə “28 May” stansiyasında özünü qatar reysinin üstünə atıb. Qadının intihara cəhdinin qarşısı alınıb. Hadisə yerinə Təcili tibbi yardım çağrılıb. Hazırda hər hansısa ölüm faktı yoxdur”.
Gülşən Şərif / Redaktor.az












