Müəllimlərin yerdəyişməsi zamanı test imtahanı və müsahibə keçirilmir - Təhsil Nazirliyi

 12:12 31.05.2019     423

Təhsil Nazirliyi iş yerini dəyişmək istəyən müəllimlərə müraciət edib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün keçirilən təlimdə deyib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ilə bağlı onlara müxtəlif müraciətlər daxil olur.

"İş yerini dəyişmək istəyən müəllimlər "yerdəyişmə zamanı test imtahanı və müsahibə olacaqmı?" kimi suallarla bizə müraciət edirlər. Yerdəyişmə zamanı test imtahanı və müsahibə keçirilmir. Çünki müəllimlər diaqnostik qiymətləndirmədən keçirildiyi üçün buna ehtiyac qalmır", - M. Camalzadə qeyd edib. 

Vumart və Güvən reklamı Vumart Güvən