Sumqayıtda qazın verilişi müvəqqəti olaraq dayandırılıb
Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrinə maye qazın verilişi dayandırılıb.
Sumqayıt şəhər Qaz İstismarı Sahəsindən bildiriblər ki, şəhərin Çerkassı küçəsindən keçən qaz kəmərində qəza baş verib. Qeyd olunub ki, Ceyranbatan qəsəbəsinin bir hissəsinə, Corat qəsəbəsi, Saray, Novxanı, "Corat bağları", " Metallurq bağları", "Yaşıldərə" yaşayış massivləri, 42, 47, 48, 49, 52 və 53-cü məhəllələr, eləcə də 11, 12, 20 və 21-ci mikrorayonlara qazın verilişi dayandırılıb.
Qəza aradan qaldırıldıqdan sonra həmin ərazilərə mavi qazın verilişi bərpa ediləcək.//Ona.az












