Məhəmməd Hadi küçəsində su sızması baş verib

 14:46 31.05.2019     339

Məhəmməd Hadi küçəsində su sızması baş verib.

Bu barədə Redaktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılır.

Qazıntı-bərpa işlərinən sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən