İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

 14:58 31.05.2019     324

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindəki qara rəngli şalvarın sağ balaca cibində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü 1 ədəd büküm və 1 ədəd bağlamada, ümumi çəkisi 18,48 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən