Xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şəxslərin sayı açıqlanıb

 17:03 31.05.2019     297

Azərbaycanda 2018/2019-cu tədris ilində xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şəxslərin sayı açıqlanıb.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, sağlamlıq imkanları məhdud 6655 nəfər şəxs evdə, 7 nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə təhsil alır.

O qeyd edib ki, sağlamlıq imkanları məhdud 1393 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində və 2508 nəfər xüsusi məktəb və internat tipli müəssisələrdə təhsilə cəlb edilib. 

 

Vumart və Güvən reklamı Vumart Güvən