Abşeron rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir
Xırdalanda Abşeron rayon Mərkəzi xəstəxanası üçün yeni bina inşa olunur.
Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, mərkəzi xəstəxananın əvvəlki binasının yararsız vəziyyətdə olması və əhalinin sayının artması yeni binanın inşasına zərurət yaradıb. Bu məqsədlə tikinti işlərinə başlanılıb. 145 çarpayılıq, 8 korpuslu, 3 mərtəbəli və 4 hektar ərazidə inşa edilən səhiyyə ocağının tikinti sahəsi 6300 kvadratmetrdir.
Tibb ocağı təhvil verildikdən sonra rayonun bütün kənd və qəsəbə sakinləri buradan yararlana biləcək.












