Ağstafada qadın sürücü qəza törədib

 01:47 01.06.2019     446

Ağstafada qadın sürücü idarə etdiyi avtomobili aşırıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Qəza nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən