Ucarda 17 yaşlı yeniyetmə intihar edib

 02:27 01.06.2019     425

Ucar rayonunda intihar hadisəsi baş verib. 

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində qeydə alınıb. 

Kənd sakini 2002-ci il təvəllüdlü İman Taleh oğlu Xəlilovun asılmış meyitini yaxınları tövlədə aşkar ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Vumart və Güvən reklamı Vumart Güvən