Mehdiabadda marşrut avtobusu iki uşağı vurub

 12:23 01.06.2019     368

Bakının Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, Mehdiabadda 108 saylı marşrut avtobusu 8 yaşlı bir qız və bir oğlanı vurub. Hər iki uşaq Kliniki Tibbi Mərkəzə aparılıb.

Hazırda vəziyyətləri orta ağırdır.

Vumart və Güvən reklamı Vumart Güvən