Bərdədə polis əməkdaşı güllə yarası alıb

 12:31 01.06.2019     311

Bərdədə polis əməkdaşı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Hümbət oğlu sol əlinin üst nahiyəsi və mil-bilək oynağı nahiyəsində odlu silah yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. ONA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə, F. Mehdiyev ilkin ifadəsində tabeliyində olan silahla ehtiyatsız davrandığı zaman güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən