55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

 16:44 01.06.2019     307

Sumqayıt şəhərində 55 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az “Report”un Sumqayıt-Abşeron bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Beton zavod adlanan ərazidə baş verib.

Belə ki, yaşadığı evin damına çıxan 55 yaşlı Aqil adlı şəxs yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə həmin şəxs dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.