Samuxda qadın yaşadığı evdə intihar edib

 21:30 01.06.2019     227

Samuxda gənc qadın özünə qəsd edib.

Redaktor.az ONA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Eldar kəndində baş verib.

Kənd sakini, 23 yaşlı Bəsti Allahverdiyeva yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.