Bakıda 4 otaqlı ev yanıb

 05:56 02.06.2019     288

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə, dəhlizinin tavanı 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.