Müşfiqabad qəsəbəsində yük maşını piyadanı vuraraq öldürüb

 10:39 02.06.2019     393

Müşfiqabad qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az ona.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunda qeydə alınmış hadisə zamanı "Ford" markalı yük maşını 50-55 yaşlarında bir qadını vurub.

Məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktı Baş DYP İdarəsinin istintaqçıları araşdırır.