IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilir

 10:23 02.06.2019     272

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirir.

DİM-dən Redaktor.az-a verilən məlumata görə, bu gün ümumilikdə 37670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayacaq. IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda 81 imtahan mərkəzi ayrılıb. İmtahanda 37670 (Bak şəhəri Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi‑müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.