Sumqayıtda marşrut avtobusunun vurduğu piyada ölüb

 12:13 02.06.2019     393

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi  baş  verib.

Rredaktor.az ONA-nın yerli bürosuna istinadən xəbə verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş  verib.

Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu   Samir Cəbrayılovun idarə etdiyi "50 AE 675 " dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobus vurub.

Nəticədə ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.  Həkimlərin səylərinə  baxmayaraq  R.Museyibov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən