Lerikdə ağır yol qəzasında xəsarət alanların adları məlum olub - Gənc qız dünyasını dəyişib

 13:59 02.06.2019     370

Lerikdə ağır yol qəzasına düşən 1 ailənin üzvlərinin adları məlum olub.

Redaktor.az-ın "Report"un Cənub Mərkəzinə istinadən verdiyi məlumata görə, onlar 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-cil təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov və 2004-cü il təvəllüdlü Səfərov Aytəkin Əbülfət qızıdır. 

Bölgə müxbirimizin verdiyi son məlumata görə, 2004-cü il təvəllüdlü Aytəkin Səfərovanın həyatını xilas etmək olmayıb və dünyasını dəyişib. 


08:30

Lerikdə ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Lerik rayonunun Vaqo kəndi ərazisində baş verib.

Belə  ki,"Niva" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 ailənin 5 üzvü ağır xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olaraq bildirilir.