Saatlıda 82 yaşlı kişidən dəhşətli əməl - Gecə saatlarında...

 14:40 02.06.2019     282

Saatlıda 82 yaşlı kişi özünü asaraq intihar edib

Redaktor.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1937-ci il təvəllüdlü Əhədov Əbdülhəsən Abduləli oğlu həyətdəki tövlədən özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.