Sumqayıtda marşrut avtobusunda yanğın olub

 18:27 02.06.2019     271

Bu gün Sumqayıtda marşrut avtobusunda yanğın olub.

Redaktor.az ONA-nın yerli bürosuna istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə 7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəfildən alışmağa başlayıb.

Sürücü  avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində  olan sərnişinlər dərhal düşürülüb.

Hadisə  yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı  alınıb.

Hadisə zamanı xəsarət alan  olmayıb.