Şəhid Aqil Omarovun ailəsinə “Şücaətə görə” medalı təqdim edildi - FOTO

 19:14 02.06.2019     264
Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
 
Redaktor.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər.