Gəncədə kişi tut yığarkən ağacdan yıxılıb, vəziyyəti ağırdı

 21:17 02.06.2019     265

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yaşlı kişi tut yığarkən hündürlükdən yıxılıb. 

Redaktor.az ONA-nın yerli bürosuna istinadən xəbər verir ki, ağacdan yıxılan 1969-cu il təvəllüdlü Rzayev Xatır yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. 

Müxtəlif bədən xəsarətləri almış yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.