Lənkəranda yol qəzası zamanı sərnişin ölüb

 22:12 02.06.2019     285

Lənkəranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az ONA-nın cənub bürosuna istinadən xəbər verir ki, rayonun Liman şəhərində "Mercedes" markalı mikroavtobusla "Renault" markalı minik avtomobili toqquşub.  

Nəticədə yol kənarındakı hasara çırpılan mikroavtobusdakı sərnişin, Liman şəhər sakini 1983-cü il təvəllüdlü Vüqar Rzayev hadisə yerində vəfat edib. Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1984-cü il təvəllüdlü İxtiyar Şüşəxanov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   Yaralıya sol diz sümüyünün açıq sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.