Qazaxda traktor sürücünün üzərinə aşıb

 22:15 02.06.2019     322

Qazaxda traktor sürücüsü ehtiyatsızlıq üzündən ağır yaralanınb.

Redaktor.az ONA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində baş verib. Kənd sakini, 58 yaşlı Piriyev Məcid idarə etdiyi traktorla ot biçən zaman texnikada nasazlıq yaranıb. 

Nasazlığı təmir edən zaman hərəkətə gələn traktor M.Piriyevi sürüyüb və onun üzərinə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.