Sumqayıtda baş verən avtobus yanğınının GÖRÜNTÜLƏRİ yayıldı

 10:00 03.06.2019     613

Ötən gün Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan “AKİA” markalı 7 nömrəli sərnişin avtobusu qəfildən yanmağa başlayıb.

Bir anın içində baş verən hadisədə xəsarətlər alan olmasa da, avtobus yararsız vəziyyətə düşüb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar.

Yanğından olan görüntüləri təqdim edirik: